Ötən axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki Fransa təmsilçisi - PSJ və "Brest" arasında cavab oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Luis Enrikenin yetirmələrinin 7:0 hesablı qələbə qazandığı matçda qollardan birini vinger Xviça Kvaratsxeliya vurub.
Beləliklə, o, tarixə düşüb. "Opta Sport"-un məlumatına görə, Xviça Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub.
Xatırladaq ki, Kvaratsxeliya qış "transfer pəncərəsi"ndə Paris klubuna cəlb olunub. O, paytaxt təmsilçisi ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalayıb. Kvaratsxeliya Fransa çempionatında 4 oyuna çıxaraq 1 qol vurub, bir məhsuldar ötürmə edib.
Mirağa