Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokuna bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi turnirdə sonuncu oyununu keçirib.
İlham Yadullayevin baş məşqçisi olduğu U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə qazanan komandaların qarşılaşmasından asiyalılar qalib ayrılıblar - 2:1.
Millimizin heyətində yeganə qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Bununla U-17 İnkişaf Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiya yığşasına (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan seçmələrinə (2:1) isə qalib gəlib.