16:36 21.02.2025 222

İK-nın son toplantısına sözardı - Qərarlar nə vəd edir?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Fevralın 19-da, SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi toplantıda olduqca önəmli qərarlar qəbul edildi. Həm cari mövsüm Premyer Liqanın autsayderini nə gözlədiyi dəqiqləşdi, həm də çempionatın formatı müəyyənləşdi. Eyni zamanda aşağı liqalarla bağlı bütün suallara aydınlıq gəldi.

Bəs görəsən bu qərarlar nə vəd edir? Kağız üzərində olanları yüksək səviyyədə reallaşdırmaq mümkündürmü? Ümumiyyətlə bu toplantıdan sonra tətbiq edilən yeniliklər ölkə futbolunu inkişafına təkan verə bilərmi? Sözügedən iclasda çıxarılan qərarları nəzərdən keçirmək zamanıdır.

Autsayderləri silkələyən fakt

Toplantıda Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün formatı müzakirə edildi. Qərara alındı ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Əlbəttə, daha öncə yerli futbol mütəxəssislərinin əksəriyyətinin də vurğuladığı kimi, "altılıq" sistemi 3 dövrəli çempionat modelindən daha çox problem vəd edirdi. İndiki formatda yalnız püşk məsələsi müəyyən narazılıqlar doğura bilər. Yəni hansısa komanda məhz püşkdə bəxti gətirmədiyi üçün ən prinsipial rəqibi ilə 3 oyundan ikisini səfərdə keçirməli olacaq. Lakin bunun keçici format olduğunu, tutaq ki, 3 ildən sonra 16 komandalı, 4 dövrəli Premyer Liqa izləyəcəyimizi düşünsək, püşk məsələsi ilə də barışmaq olar. 

Sonuncunun elitadan getməsinə qərar verilməsi autsayderlərin kürkünə birə saldı. Bu, şübhəsiz ki, qalan turlarda çempionatın daha gərgin, daha maraqlı alınacağı deməkdir.

Birinci Liqanın səviyyəsi qalxsa...

2024/2025 mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Bu sistem cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyi üçün tətbiq olunacaq.

İkinci Liqa komandalarının Birinci Liqaya hansı potensialla yüksələcəyi diqqətdə saxlanılmalıdır. Yəni niyə 3 komandaya birbaşa iştirak hüququ, 4-cü yeri tutana isə pley-off şansı verilməsinin səbəbi bəllidir. Lakin 3 aşkar zəif daha üst liqanın rəqabət səviyyəsini "baltalaya" bilər. Bu məsələni nəzərə almaq mütləqdir. Ümid edək ki, AFFA-dakılar səviyyəni də sığortalamaq barədə indidən müəyyən planlar cızıblar.

Liqa sayı da vacibdir, amma...

İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026 mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

2025/2026 mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.

Aşağı liqalarda komanda sayının artırılması gələcək hədəflərdən biri olmalıdır. Yəni real imkanlar yaranacağı halda, futbolun kütləviləşməsi baxımından hava və su qədər önəmli olan missiya həyata keçirilməlidir. Yaxın 5 ildə 3-cü peşəkar və ya yarımpeşəkar liqanın formalaşdırılması barədə də fikir mübadiləsi aparmağa dəyər. Ancaq daha önəmlisi mövcud liqaların səviyyəsinin artırılması yönündə ciddi əmək xərcləmək, doğru istiqamət götürməkdir. 

Gələn mövsüm üçün ortaya qoyulan formatın yenilənməsi istiqamətində 2026-cı ilin yazında da uyğun qərarlar qəbul etmək olar. Həmin vaxtadək nəyin çatmadığını hamılıqla görəcəyik.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

13:22

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

13:04

"Barselona"nın ulduzu karyerası ilə bağlı son qərarını verdi

12:45

"Qalatasaray"ın ulduzu mərc oyunlarına pul qoyub? - Özü açıqladı

12:27

I Liqa klubu Elman Sultanovla uzunmüddətli müqavilə imzaladı

12:08

"Səhvlərimizi aradan qaldıracağıq" - Evren Alkaya

11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

10:02

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X