19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Albaniyada növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində son oyununda Monteneqro ilə üz-üzə gələcək.
B Liqasının 4-cü qrupunda yer alan milli keçirdiyi hər iki görüşdə 0:4 hesabı ilə uduzub. Beləliklə, Həbib Ağayevin yetirmələri bu gün ilk qol və ilk xal üçün mübarizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Albaniya qarşılaşacaq.
AÇ-2025
2-ci seçmə mərhələsi
24 fevral
17:30. Azərbaycan - Monteneqro
Baş hakim: Roksana Rekorean (Rumıniya)
“House of Football Natural Pitch” stadionu