Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşanın “Radomyak” klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Ekstraklasa klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı hücumçu ilə 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.
Renat bir müddət əvvəl Türkiyə təmsilçisi "Ankaragücü"dən ayrılmışdı.