Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Ən ucuz bilet 3, bahalısı isə 15 manatdır.
Biletlər bu gün "iTicket.az"-da onlayn, oyun günü isə həm "iTicket.az"-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Fevralın 27-də keçiriləcək və saat 16:00-da başlayacaq oyunda qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.