Transfer hüquqları "Napoli"yə məxsus olan "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasında oynamağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı “Football365” yayıb.
İddiaya görə, "Mançester Yunayted" futbolçu ilə ilkin razılığa gəlib. Keçidin baş tutmaq ehtimalı 95 faiz qiymətləndirilir. “Qırmızı şeytanlar” “Napoli”yə 70 milyon avro təzminat ödəməyə hazırdır.
Viktor hazırda "Qalatasaray"da icarə əsasında çıxış edir. O, Türkiyə Super Liqanın cari mövsümündə 19 oyun keçirib. Nigeriyalı bu görüşlərdə 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa