"Liverpul" 30 yaşlı Endryu Robertsonun yerinə müdafiəçi axtarır.
Fanat.Az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Xəbərə görə, Mersisayd nəhəngi "Nyukasl"ın müdafiəçisi Lyuis Holla ciddi maraqlanmağa başlayıb. Baş məşqçi Arne Slotun israrla futbolçunu sərəncamında görmək istədiyi bildirilir. "Qırmızılar" 20 yaşlı futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmağa çalışacaq.
Xatırladaq ki, Lyuis “sağsağanlar”a ötən il “Çelsi”dən keçib. O, bu mövsüm İngiltərə çempionatında 26 oyun keçirib. Müdafiəçi 4 məhsuldar ötürmə edib və üç sarı vərəqə alıb. Onun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.
Mirağa