“Real Madrid” ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçisi Daniel Sebalyos İspaniya Kuboku çərçivəsində “Real Sosyedad”la yarımfinal matçında ciddi zədə alıb.
“El Chiringuito TV”-nin məlumatına görə, ispaniyalı uzun müddətə sıradan çıxıb. Yapon Takefusa Kubo ilə toqquşaraq 89-cu dəqiqədə əvəzlənən futbolçu bud sümüyündən xəsarət alıb. Onun azı bir ay yaşıl meydanlardan uzaqda qalacağı bildirilir.
“Real Madrid” yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Real Sosyedad”ı məğlub edib (1:0).
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 30 matça çıxan Sebalyos 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Mirağa