Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Kəpəz"i qəbul edəcək "Neftçi" oyuna 3 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:
"Cəzalı futbolçumuz yoxdur. Əvəzində üç oyunçu "Kəpəz"lə oyunu buraxacaq. Almaniyalı legioner Robert Bauer xəstələnib. Bundan başqa, zədədən qayıdan futbolçular – Rafael Quzzo və Andrey Ştoqrin komanda ilə birgə məşq etsələr də, hələ tam hazır olmadıqları üçün qarşıdakı matçda iştirak etməyəcəklər".
Qeyd edək ki, fevralın 28-də "Neftçi Arena" baş tutacaq "Neftçi" - "Kəpəz" görüşünün start fiti 19:30-da səsləndiriləcək.
Mirağa