"Atletiko Madrid"in əfsanəvi futbolçusu Paulu Futre "Barselona"nın istedadı Lamin Yamal haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" Futrenin dediklərini belə təqdim edib:
"Yamalın inanılmaz keyfiyyəti var, belə gənc yaşında güclü xarakterə malikdir. Əminəm ki, o, "Qızıl top"un gələcək qalibidir. Həm də bu mükafatı bir yox, bir neçə dəfə ala bilər".
Yamal Kataloniya klubunun yetirməsidir. 17 yaşlı vinger bu mövsüm La Liqada 22 oyun keçirib, 5 qol vurub və komanda yoldaşlarına 12 məhsuldar ötürmə verib. İstedadlı futbolçu həmçinin, Çempionlar Liqasında 7 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa