Region Liqasının yeni mövsümünün püşkatması və ilk oyunların tarixi bəlli olub.
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Püşkatma martın 4-də keçiriləcək. Tədbir saat 14:00-da başlayacaq. Mərasim AFFA-nın inzibati binasında təşkil olunacaq.
Qeyd edək ki, Region Liqasında ilk oyunlar martın 8-9-da keçiriləcək.