14:14 28.02.2025 389

12 turluq marafon və ya elitanı kim tərk etsin? - TƏHLİL

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

AFFA İcraiyyə Komitəsinin son iclasında ölkə futbolu ilə bağlı verilən taleyüklü qərarlar ictimaiyyət tərəfindən həm də ona görə təqdir olundu ki, Premyer Liqanın sonluğu artıq formallıq daşımayacaq. "Sonuncu yeri tutan elitanı tərk etməsin, aşağıdan 2 komanda birbaşa gəlsin", "I Liqada ilk iki yerdə olan komandaya birbaşa vəsiqə verilsin, Premyer Liqanın sonuncusu ilə aşağı liqanın üçüncüsü arasında pley-off görüşü keçirilsin" variantları masanın üstündə olsa da, sonda idman prinsipləri qorundu. Nəticədə autsayderlər mövqeyində olanların mübarizəsi daha maraqlı şəkil aldı. 

"Sumqayıt"da "qəza enişi" davam edir

Düşmə zonasında olan komandalardan danışırıqsa, mövsümboyu "zirzəmi"də bir-birini əvəzləyən "Səbail"lə "Kəpəz"dən başqa, "Şamaxı"nı, o cümlədən "Sumqayıt"ı da bura əlavə etmək gərəkir. Baxmayaraq ki, "kimyaçılar" üçün qış fasiləsinə qədər vəziyyət qorxulu görünmürdü. Əksinə, ilk dövrədən sonra estafeti "Neftçi"yə keçən Samir Abasovdan alan Vaqif Cavadov startda uğurlu çıxışı ilə göz oxşayırdı. Gənc mütəxəssis ikinci dövrədə 4 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə 6-cı pillədə inamla qərarlaşmışdı. İş o yerə çatdı ki, yerli məşqçi sexinə yeni ad qazandırdığını düşünüb qürrələnən "Sumqayıt" rəhbərliyi qış fasiləsində heyətdəki "yarpaq tökümü"nü gözardına qoydu, Cavadovun "sehrli çubuğu" ilə istənilən çətinliyin öhdəsindən gələcəklərinə inandı. Belədə Fernando Medeiros, Rəhim Sadıxov, Kristian Velinovski, Nikola Vuynoviç və Cordan Rezabalanın gedişinə qarşılıq olaraq, Momo Yansane və Ronaldo Vaskesin keçidini həll etməklə kifayətləndi. Nəticədə heyət daha da kasadlaşdı. Odur ki, komandanın nəticələri "qəza enişi" ilə ilə müşaiyət olunmaqdadır. Komanda son 6 tur ərzində qış fasiləsinə qədər topladığı 20 xalın üzərinə vur-tut 2 xal əlavə edə bilib. Vurduğu 15 qol isə dəyişməz qalıb. Bir sözlə, həm qələbəsizlik, həm də qolsuzluq seriyası davam edir. Qış fasiləsinə qədər sonuncu yerdə qərarlaşan komandayla aradakı 11 xallıq fərq isə 4-ə qədər əriyib. 


"Şamaxı": Yara vaxtında sarındı, amma hələ sağalmır 

Əslində "Şamaxı" qış fasiləsi ərəfəsində təlatüm yaşadı. Sonradan adı oyun alğı-satqısında hallandırılan və uzun müddətə futboldan uzaqlaşdırılan Adil Nağıyev ilə Giorgi Kantariya, həmçinin, komanda yoldaşı ilə münaqişə yaşadığı üçün göndərilən İlkin Muradov, eləcə də Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke və Emin Zamanovun göndərilməsi nəticəsində bölgə təmsilçisi radikal dəyişikliyə uğradı. Amma dərhal "yaralarını sarıdılar" və Andrey Kostin Tırkovyanu, Mikael Tique Dias Santos, Alfons Msanqa Mabula, Vladislav Veremeyev legionerlərin, Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov kimi yerlilərin transferi sayəsində boşluğu doldurdular. Hərçənd, nəticə hələ də ürəkaçan deyil. Qış fasiləsinə 17 xalla 7-ci yerdə yollanan Ayxan Abbasovun komandası üçüncü dövrənin 6 turu ərzində cəmi 4 xal qazanıb, əvəzində 1 pillə geriləyib.

"Kəpəz" "Araz-Naxçıvan"la "Sabah"ı da geridə qoyur, amma...  

Görünən odur ki, mövsümün ilk yarısını qaçdı-qovduda keçirən "Kəpəz"lə "Səbail" bu durumdan daha çox yorulan və dərs çıxaran komandalardır. Hər halda, son 6 turun nəticələri bu qənaətə gəlməyə imkan verir. 
"Kəpəz" qışdan bu yana 2 qələbə qazanıb və 2 heç-heçə edib. Adil Şükürovun komandası bu göstəriciylə nəinki "Sumqayıt" və "Şamaxı"nı, hətta "Sabah" və "Araz-Naxçıvan"dan da irəlidədir. Yeri gəlmişkən, qış fasiləsindən sonra Masazır təmsilçisi 7, naxçıvanlılar isə 6 xal toplaya biliblər.   
Baxmayaraq ki, qərb təmsilçisi də fasilə dönəmində itkilərdən qaça bilmədi. Orxan Əliyevi "Turan Tovuz"a güzəşt edən, Mahir Həsənovu icarəyə yollayan klub Lassana Ndiaye, Redon Mihana və Viktor Braqa kimi legionerlərlə vidalaşmalı oldu. Əvəzində Rati Ardazişvili, Şervoni Mabatşoev və Trent Buhagiar transfer olundu, Sadiq Şəfiyev isə "Turan Tovuz"dan icarəyə götürüldü. Nəticələrə əsasən deyə bilərik ki, "Kəpəz"in gələn "4-lüy"ü gedən "5-liy"indən daha "ağırdır".

"Səbail"i yalnız "Qarabağ" yenə bilib

Nonsensdir ki, son 6 oyundakı nəticələri ilə "Araz-Naxçıvan", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Kəpəz"i üstələyən "Səbail" hələ də sonuncu yerdədir. Cavid Hüseynovun komandası qış fasiləsindən sonra keçirdiyi görüşlərin 2-də qələbə qazanıb, 3-də heç-heçə edib və yalnız 1-də uduzub. Ümumiyyətlə, kubokun 1/4 final oyunlarını da nəzərə alsaq, qışdan sonra "Səbail"i yalnız "Qarabağ" məğlub edə bilib.
Qışda Vüsal Məsimovla Gülağa Əsədovu göndərib əvəzində 4 yeni oyunçu ilə (İlkin Muradov, Marko Nikoliç, Mirabdulla Abbasov, İnnosent Nşuti) sıralarını genişləndirən, heyəti balanslaşdıran paytaxt klubunda Cavid Hüseynovun öz sistemini "oturtması" da təsirini göstərməkdədir. 
Sözsüz ki, elitanı düşmək təhlükəsi yaşayan klubların maliyyə imkanları da müəyyən məqamda rol oynayır. Bu mənada "Səbail" "Sumqayıt", "Şamaxı" və "Kəpəz"dən şanslıdır. Hərçənd, son bir neçə ildə sponsorların ayırdığı büdcədən düzgün istifadə olunmayıb. İmkana görə təsnifatlaşdırsaq, autsayderləri bu ardıcıllıqla sıralamaq lazım gəlir: "Səbail", "Sumqayıt", "Şamaxı", "Kəpəz"... 


Elitanı kim tərk etsin? - Şəxsi görüşlərin nəticələri deyir ki... 

Elitada qalmağı kim daha çox haqq edir? Mənzərə əvvəlki illərə aid olsaydı, əksəriyyət "Səbail"in adını çəkərdi. O şərtlə ki, onun əvəzinə aşağıdan bölgə klubu gəlsin. Ancaq növbəti mövsümün tablosunu çəkmək lazım gəlirsə, məlum qərar bölgə təmsilçilərinin sayının avtomatik çoxalmasına xidmət edir. İndiki duruma əsasən I Liqada mükafatçılar sıralamasında əyalət təmsilçiləri yer alır. "Qəbələ", "Karvan" və "İmişli" favorit statusundadırlar. Belədə növbəti mövsüm elitadakı bölgə təmsilçiləri paytaxt klublarını say etibarilə aşkar üstələyəcəklər. 
O ki qaldı şəxsi görüşlərə, düşmə zonasında olan 4 komandadan "Səbail" və "Sumqayıt" digərlərini qabaqlayır. Bir-biriləri arasındakı görüşlərdə bu komandalar daha çox xal qoparıblar.  

"4-lüy"ün öz aralarında baş tutan görüşlər: 

Sumqayıt - Kəpəz 2:0, 0:0
Sumqayıt - Səbail 2:1, 1:0, 0:2
Səbail - Kəpəz 4:0, 0:1, 1:0
Şamaxı - Sumqayıt 1:0, 1:2, 1:0
Kəpəz - Şamaxı 0:2, 1:0, 1:1
Səbail - Şamaxı 2:0, 0:0

Öz aralarındakı oyunların nəticələrinə əsasən mini turnir cədvəli:

Sumqayıt 8 4 1 3 7-6 13  
Səbail 8 4 1 3 10-4 13
Şamaxı 8 3 2 3 6-6 11
Kəpəz 8 2 2 4 3-10 8

"Kəpəz" Tovuzu öz evi bilir, amma səfərə çox çıxacaq

Dörd autsayderdən biri "qurban" gedəcək, "dörd səhv biri düzü apardığı" kimi. 12 turluq marafonun finişində sona qalmamaq üçün yolun hamar olub-olmaması vacib detaldır. Odur ki, təqvimin kimin üçün əlverişli olduğuna nəzər yetirək. 
"Səbail" 12 oyundan 7-ni evdə, 5-ni isə səfərdə keçirəcək ki, bu məqam "dənizçilər"in üstünlüyünü şərtləndirə bilər. Nəzərə alsaq ki, 24 oyunda 18 xal toplayan Bayıl təmsilçisi doğma azarkeşləri önündə 11 matç keçirib və 12 xal qazanıb. Yəni xal ehtiyatının üçdəikisini öz meydanında əldə edib. Üstəlik, düşmə zonasındakı 3 rəqibdən ikisini - "Şamaxı" ilə "Sumqayıt"ı evində qəbul edəcək.   
"Sumqayıt" ilə "Şamaxı" isə qalan 12 oyunun yarısını öz meydanında, yarısını isə səfərdə keçirəcəklər. 
Bu mənada təqvim "Kəpəz" üçün əlverişli deyil. Belə ki, qərb təmsilçisi qalan görüşlərinin 5-ni meydan sahibi, 7-ni qonaq qismində keçirəcək. Hərçənd, ev-səfər anlayışı gəncəlilər üçün nisbidir. Çünki komanda bu mövsüm ev oyunlarını Tovuzda keçirir. Bununla belə, faktdır ki, Azər Bağırovun komandası sığındığı qonşu daha bölgədə uğurlu çıxış edir - 12 oyunda 14 xal. Əksinə, "sarı-göylər" rəqib meydanlarında çıxdığı 12 oyundan cəmi üçündə meydanı xal(lar)la tərk edə bilib. Əldə olunan 5 xalla "Kəpəz" səfər oyunlarının nəticələrinə görə sonuncu yerdədir.  


"4-lüy"ün öz aralarındakı qalan "6 xallıq" görüşlər: 

Səbail - Şamaxı
Sumqayıt - Kəpəz
Kəpəz - Səbail
Sumqayıt - Şamaxı
Şamaxı - Kəpəz
Şamaxı - Səbail
Kəpəz - Sumqayıt
Səbail - Sumqayıt

Son 12 turun təqvimi

25-ci tur

Səbail - Şamaxı
Sumqayıt - Qarabağ
Kəpəz - Neftçi

26-cı tur

Şamaxı - Sabah
Zirə - Səbail
Sumqayıt - Kəpəz

27-ci tur

Kəpəz - Qarabağ
Səbail - Neftçi 
Turan Tovuz - Sumqayıt

28-ci tur

Kəpəz - Səbail
Sumqayıt - Sabah
Zirə - Şamaxı

29-cu tur

Şamaxı - Neftçi
Araz-Naxçıvan - Sumqayıt
Sabah - Kəpəz
Səbail - Turan Tovuz

30-cu tur

Səbail - Qarabağ
Kəpəz - Araz-Naxçıvan
Sumqayıt - Şamaxı

31-ci tur

Zirə - Sumqayıt
Şamaxı - Kəpəz
Sabah - Səbail

32-ci tur

Səbail - Araz-Naxçıvan
Turan Tovuz - Şamaxı
Kəpəz - Zirə
Sumqayıt - Neftçi

33-cü tur

Qarabağ - Sumqayıt
Neftçi - Kəpəz
Şamaxı - Səbail

34-cü tur

Sabah - Şamaxı
Səbail - Zirə
Kəpəz - Sumqayıt

35-ci tur

Qarabağ - Kəpəz
Sumqayıt - Turan Tovuz
Neftçi - Səbail
Şamaxı - Araz-Naxçıvan

36-cı tur

Şamaxı - Qarabağ
Səbail - Sumqayıt
Turan Tovuz - Kəpəz

Gedişat göstərir ki, Premyer Liqanın qalibi daha tez bilinəcək, nəinki elitanı tərk edən komandanın kimliyi. Mümkündür ki, sonluğun necə olacağını 3 ay sonra görüb biləcəyik. İntriqanın və idman prinsipinin qorunub saxlanılmasına görə isə AFFA-ya təşəkkür düşür. 

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
22:47

Daha bir MLS klubu De Bröyne üçün mübarizəyə qoşuldu - Danışıqlar başladı

22:19

"Mançester Yunayted" forvardını uzun müddətə itirdi - AÇIQLAMA

21:50

Keyn Balotellidən ilhamlandığını bəyan etdi

21:18

"Barselona" Mbappenin 1 oyun cəza almasına iki sözlə münasibət bildirdi - VİDEO

20:50

Yüksək Liqa: Yarımfinal mərhələsinə start verildi

20:22

Joau Feliks onu 127 milyona satan kluba qayıdır

19:56

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" darmadağınla liderlərə yaxınlaşdı

19:14

Ançelotti hansı İngiltərə nəhənginin baş məşqçisi olmağı arzuladığını dedi

18:45

"Olan olub, amma "Real" da "Real"dır"

18:16

"Bizi bugünkü kimi cəzalandıra bilərlər" - Vitinya

17:52

“Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək - Bu tarixdən

17:34

Aqil Nəbiyev Gürcüstan üzərində qələbədən nə danışdı?

17:16

"Azarkeşlərimizə xüsusi bir axşam hədiyyə edəcəyimizə ümidliyəm" - Vensan Kompani

16:47

Qrizmannın aqibətinin necə olacağı dəqiqləşdi

16:29

"Qarabağ" "Neftçi" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:11

"Hər şeyi yüksək səviyyədə etməyə qadirik" - Bellingem ümidini itirmir

15:53

"PSJ kimi komanda ikinci hissəyə belə başlamalı deyildi" - Əşrəf Hakimi

15:31

AFFA daha bir komandanı çempionatdan kənarlaşdırdı

15:14

Rəşad Sadiqov 5 oyunda texniki zonada ola bilməyəcək

14:57

Türkiyəli fiqurlu konkisürən həbs olundu

14:39

"Neftçi" və "Kəpəz" azarkeşlərinə görə ziyana düşdülər

14:21

Azərbaycanın U-17 millisi Gürcüstana qalib gəldi

14:13

"Sabah"ın U-13 və U-15 komandaları beynəlxalq turnirə qatılacaqlar

14:03

"Özümüzlə fəxr etməyə haqqımız çatır" - Niko Kovaç

13:45

Kurban Berdiyevə 5 oyunluq cəza verildi

13:27

Tanınmış futbolçu faciəvi şəkildə həlak oldu

13:08

"PSJ Çempionlar Liqasının aşkar favoritidir" - Unai Emeri

12:50

Girassi kimisi ÇL tarixində olmayıb

12:32

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

12:14

PSJ tarixi uğura imza atdı

11:55

"Bu bizə müxtəlif problemlər yaradırdı" - Xviça Kvaratsxeliya

11:37

"Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur" - Mahir Emreli

11:18

Luis Enrike PSJ-ni dünyanın ən yaxşı komandası adlandırdı

10:59

Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

10:41

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

10:23

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

10:04

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

09:45

"Biz yarımfinaldayıq və əsas da odur" - "Barselona"nın baş məşqçisi

09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X