"Yuventus" İtaliya çempionatının 28-ci turunda evdə "Atalanta"ya darmadağın olub (0:4).
Fanat.Az xəbər verir ki, qonaqlar 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Mateo Reteqinin sayəsində hesabda önə keçib. Can Piero Qasperininin komandasə ikinci hissədə daha üç dəfə "byankoneri"nin qapısına qol tapıb ki, fasilədən sonra Martin de Ron, David Zappakosta və Ademola Lukman adını tabloya yazdırıblar.
"Opta"-nın məlumatına görə, beləliklə, "Qoca sinyora" 1967-ci ilin oktyabrından bəri ilk dəfə A Seriyasında evdə dörd və ya daha çox top fərqi ilə uduzub. 58 il əvvəl bu, "Torino" ilə derbidə baş verib (0:4).
Tiaqo Mottanın komandası 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Atalanta” 58 xalla üçüncüdür.
Mirağa