"Liverpul" Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşündə PSJ-yə penaltilər seriyasında məğlub olub.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu nəticə klub üçün tarixi olub.
Belə ki, “qırmızılar” əvvəllər avrokuboklarda penaltilər seriyasında heç vaxt məğlub olmayıb.
“Enfild”də keçirilən cavab görüşü qonaqların 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb, penaltilər seriyasında isə PSJ daha güclü olub (4:1).
Parisdə keçirilən ilk oyunda "Liverpul" 1:0 qalib gəlmişdi.
Beləliklə, PSJ Çempionlar Liqasının 1/4 finalına yüksəlib və növbəti rəqibi "Aston Villa" - "Brügge" cütünün qalibi olacaq.
Mirağa