Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Mərdəkanda baş tutub.
Günün yeganə qarşılaşmasında "Araz-Naxçıvan" "Şamaxı"nı qonaq edib. Elmar Baxşıyevin komandası çempionatdakı ardıcıl 7-ci görüşdə də qələbəyə həsrət qalıb. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.
"Araz-Naxçıvan" 47 xalla 3-cü pillədə qalıb, "Şamaxı" isə xallarını 28-ə çatdıraraq "Neftçi" ilə 6-ci yerləri bölüşür.
Qeyd edək ki, tura 16 martda yekun vurulacaq.
Misli Premyer Liqası
27-ci tur
14 mart
"Araz-Naxçıvan" – "Şamaxı" 1:1
Qollar: Bernardo Dias, 39 - Cəlal Hüseynov, 68.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov, Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. Liv Bona Dea Arena.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo,17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.