"Qızıl top"a namizədlərin sıralamasında yerdəyişmə olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Give me Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırıldıqdan sonra zirvəni itirib.
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe birinci pilləyə yüksəlib. İkinci yeri “Barselona”nın braziliyalı yarımmüdafiəçisi Rafinya tutur. Salah hazırda siyahıda üçüncü yerdədir.
Reytinqdə dördüncü yerdə Braziliya millisinin və “Real Madrid”in hücumçusu Vinisius Junior qərarlaşıb. İlk "5-liy"i isə Kataloniya “Barselona”sının 17 yaşlı cinah oyunçusu Lamine Yamal tamamlayır.
Ötən il nüfuzlu mükafatın qalibi ispaniyalı Rodri olub.