"Roma"nın ukraynalı hücumçusu Artyom Dovbik yayda İtaliyada klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "AsRomaLive" məlumat yayıb.
Mənbənin məlumatına görə, o, "İnter"ə keçməyə yaxındır. Paytaxt klubu ukraynalını “Latsio”nun yetirməsi olan, lakin peşəkar karyerasına “Roma”da başlayan “İnter”in mərkəz yarımmüdafiəçisi Davide Frattesi ilə dəyişməyi planlaşdırır.
Yeri gəlmişkən, Mats Hummels və Kouadio Konenin də yayda romalıları tərk edə biləcəyi bildirilir.
Dovbik bu mövsüm "Roma"nın heyətində 37 matça çıxaraq 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa