Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında Patrik Andrade (“Qarabağ”), 1-ci Liqada Ramil Orucov (MOİK), 2-ci Liqada Eşqin Tağıyev (“Qusar”) qalib olub.
2-ci Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə, şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.