Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib.
Fanat.Az xəbər verir ki, asiyalılar seçmə mərhələnin VII turunda evdə Bəhreyni 2:0 hesabı ilə məğlub etməklə bu hüquqa yiyələniblər.
Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.
Beləliklə, Yaponiya dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdirən ilk komanda olub.
Xatırladaq ki, DÇ-2026-ya ev sahibliyi edəcək ABŞ, Kanada və Meksika final mərhələsinə avtomatik vəsiqə əldə ediblər.