DÇ-2026: Norveç ilə Şimali Makedoniya səfərdə darmadağın reallaşdırdı

DÇ-2026: Norveç ilə Şimali Makedoniya səfərdə darmadağın reallaşdırdı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, ilk turun ikinci oyun günündə 6 matç baş tutub.

İ, J və L qruplarında mübarizəyə start verilib. Norveç səfərdə inamlı qələbə qazanıb. Vikinqlər Moldovanın qapısından 5 cavabsız top keçiriblər.

Uels öz meydanında Qazaxıstandan güclü olub. Qazaxların gücü buraxılan 3 qoldan yalnız birinin əvəzini çıxmağa çatıb. Çexiya və İsrail də seçmə mərhələ qələbə ilə start verib.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026

Seçmə mərhələ

22 mart

I qrupu

Moldova – Norveç 0:5 Qollar: Ryerson, 5. Holand, 23. Osqor, 38. Sörlot, 43. Donnum, 69.

İsrail – Estoniya 2:1 Qollar: Heyn, 23-öz qapısına. Dasa, 75 – Paskotsi, 10.

J qrupu

Lixtenşteyn – Şimali Makedoniya 0:3 Qollar: Traykovski, 7 Musliu, 42. Miovski, 84.

Uels – Qazaxıstan 3:1 Qollar: D.Ceyms, 9. B.Devis, 47. Matondo, 90+1 – Taqibergen, 32-pen.

L qrupu

Monteneqro – Cəbəllütariq 3:1 Qollar: Yovetiç, 22. Tuçi, 70. Maruşiç, 73 – Bent, 13.

Çexiya – Farer Adaları 2:1 Qollar: Şik, 25; 85 – Vatnhamar, 83.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər