Sentyabrda "Roma"ya keçən alman müdafiəçisi Mats Hummels yayda İtaliya klubundan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Patrik Berqer məlumat yayıb.
Mənbənin məlumatına görə, paytraxt təmsilçisinin rəhbərliyi komandanı gəncləşdirmək niyyətindədir. Ona görə də 36 yaşlı futbolçuya müqavilənin uzadılmasını təklif etməyəcəklər.
Alman futbolçunun "Roma" ilə müqaviləsinin müddəti 30 iyun 2025-ci ilə qədərdir.
Hummels bu mövsüm 17 oyun keçirib, 1 qol vurub.
Klaudio Ranyerinin komandası hazırda 49 xalla A Seriyasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu martın 29-da “Leççe”yə qarşı keçirəcək.