17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gəlib.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.