Portuqaliyalı hücumçu Kriştianu Ronaldu adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə “433” məlumat yayıb.
Ulduz forvard dünya futbolu tarixinə beynəlxalq oyunlarda ən çox qələbə qazanan futbolçu kimi düşüb. O, milli komanda ilə keçirdiyi görüşlərdə 132 qələbə qazanıb. 40 yaşlı hücumçu Millətlər Liqasında Danimarka ilə matçdan əvvəl təltif olunub.
Ronaldu milli komandada 217 oyun keçirib, 133 qol vurub və 45 məhsuldar ötürmə edib.