İspaniya millisinin ulduzu Lamin Yamal UEFA Millətlər Liqasında qol vuran ən gənc futbolçu olmaqla yeni rekorda imza atıb.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Niderland ilə 1/4 finalın cavab oyununda reallaşıb.
O, əlavə vaxtda qol vuraraq İspaniyanı önə keçirib. Lakin 109-cu dəqiqədə Niderlandın yarımmüdafiəçisi Xavi Simons "11 metrə"dən fərqlənərək matçı penaltilər seriyasına daşıyıb. Burada isə İspaniya 5:4 hesablı qələbə qazanıb.
Beləliklə, Luis de la Fuentenin yetirmələri Fransa ilə qarşılaşacaqları yarımfinala yüksəlib.
Qol vurarkən 17 yaş 253 günlük olan Yamal "Barselona" və millidə komanda yoldaşı olan Qavinin (17 yaş 304 gün) 2022-ci ildə Çexiya ilə matçdakı rekordunu yeniləyib.
UEFA Millətlər Liqasında qol vuran ən gənc oyunçular:
1. 17 il 253 gün – Lamin Yamal (İspaniya), Niderlandla oyun, 24.03.2025
2. 17 il 304 gün – Qavi (İspaniya), Çexiya ilə oyun, 05.06.2022
3. 17 il 311 gün – Ansu Fati (İspaniya), Ukrayna ilə oyun, 06.09.2020
4. 17 il 346 gün – Ceyms Skanlon (Cəbəllütariq), Lixtenşteynlə oyun, 08.09.2024
5. 18 il 104 gün – Ceremi Doku (Belçika), İslandiya ilə oyun, 08.09.2020
6. 18 il 221 gün – Vilfrid Qnonto (İtaliya), Almaniya ilə oyun, 14.06.2022
7. 18 il 248 gün – Andre Tcey De Barr (Cəbəllütariq), Ermənistanla oyun, 16.11.2018
8. 18 il 253 gün – Vinsent Til (Lüksemburq), San Marino ilə oyun, 15.10.2018
9. 18 il 254 gün – Erkebulan Seydahmet (Qazaxıstan), Andorra ilə oyun, 16.10.2018
10. 18 il 356 gün – Marin Petkov (Bolqarıstan), Cəbəllütariqlə oyun, 23.09.2022
11. 19 il 8 gün – Georgi Çakvetadze (Gürcüstan), Qazaxıstanla oyun, 06.09.2018