Zambiya millisinin müdafiəçisi Kabaso Çonqo Rusiyada özünü narahat hiss etdiyini çıqlayıb.
Fanat.Az xəbər verir ki, "Çempionat" 33 yaşlı futbolçunun fikirlərini belə çatdırıb:
"Bəli, artıq gəlmişik. Hava çox soyuqdur - həyatımda yaşadığım ən soyuq! Məni təəccübləndirdi, amma biz buna uyğunlaşırıq. Hər şey yaxşı olacaq.
Rusiya ilə oyunun çox çətin keçəcəyini düşünürəm. Amma biz istədiyimiz nəticəni əldə etməyə hazırıq".
Rusiya - Zambiya yoldaşlıq oyunu sabah, martın 25-də keçiriləcək. Zambiya 2012-ci il Afrika Kubokunun qalibidir.