"Roma"nın və İtaliya yığmasının sabiq hücumçusu Françesko Totti beynəlxalq mükafat üçün Moskvaya gələcək səfərini şərh edib.
Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu "Ansa"ya açıqlamasında Rusiyaya səfərə görə onu tənqid edənlərə sözünü belə çatdırıb.
"Moskvaya gələcək ezamiyyətim bir neçə gündür mübahisələrə səbəb olur. Amma mən siyasətçi və ya diplomat deyiləm, mən onun dəyərlərini bütün dünyada təbliğ edən idmançıyam. Mən bunu həmişə etmişəm: əvvəlcə futbolçu kimi, indi isə yeni qiyafədə. Uzun illər idman haqqında danışmaq üçün dəvət aldığım hər ölkəyə səfər etmişəm və eyni məqsədlə Kiyevə getməyimdə də heç bir problem olmayacaq.
Ancaq səlahiyyətli orqandan Moskva tədbirində iştirak etməməyimlə bağlı müraciət gəlsəydi, bir dəqiqə belə tərəddüd etməzdim və bir addım geri çəkilərdim. Qalan hər şey mənim adımla məşhurlaşmaq istəyənlərin ikiüzlülüyü və spekulyasiyası hesab edirəm".
Mərasim aprelin 8-də baş tutacaq. Bu tədbir hər il keçirilir. Bundan əvvəl Luiş Fiqu, Kafu və Emmanuel Adebayor tədbirin xüsusi qonaqları olub.
Qeyd edək ki, Françesko Totti hücumameyilli yarımmüdafiəçi və hücumçu kimi çıxış edən italyan futbolçudur. Futbolçu bütün karyerasını 1992-2017-ci illərdə "Roma"da keçirib.
Mirağa