"Bayern Münhen" klubu ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Almaniya nəhənginin iki aparıcı üzvü - Alfonso Deyvis və Dayo Upamekano uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kanada millisinin üzvü olan Deyvisin çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirilib. Onun 6 aydan tez sıraya dönməyəcəyi bildirilir. Bu o deməkdir ki, 24 yaşlı yarımmüdafiəçi nəinki cari mövsümün qalan hissəsində, hətta növbəti mövsümün startında da meydana çıxa bilməyəcək.
Upamekanonun isə sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.
Qeyd edək ki, Deyvis Kanadanın ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. Upamekano isə Fransa millisinin düşərgəsində olarkən sıradan çıxıb.