Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
2 manatlıq biletlərlə yanaşı, məhdud sayda olan 5 manatlıq VİP biletlər də satışdadır.
Qeyd edək ki, oyun 28 mart tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.