Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçirilib.
Tovuzda autsayderlər "Kəpəz" və "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. Bu görüş tərəflər üçün elitada qalmaq uğrunda mübarizəsi baxımından prinsipiallıq daşıyırdı. Qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Tərəflər hərəyə bir qol vurub bir xal qazanıblar.
Tura "Zirə" - "Şamaxı" oyunu ilə yekun vurulub. Rəşad Sadıqovun komandası ev oyunundan böyük hesablı qalibiyyətlə ayrılıb. Beləliklə, qəsəbə təmsilçisi əsas izləyicisi "Araz-Naxçıvan"la xal fərqini daha da artırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə yenib, "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
28-ci tur
30 mart
“Kəpəz” – “Səbail” 1:1
Qollar: Şevroni Mabatşoev, 41 - Dimitro Litvin, 68.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı, Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu.
“Kəpəz”: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik. 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 7. Madi Queta, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti.
Məşqçi: Elvin Məmmədov.
“Zirə”– “Şamaxı” 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+4.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma,
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 30. Rikardo Martins, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 18. Cəlal Hüseynov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels (k), 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov