Misli Premyer Liqasının 28-ci turunda evdə "Səbail" ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Kəpəz"in baş məşqçisi Azər Bağırov görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:
"Maraqlı oyun alındı. Birinci hissədə daha yaxşı çıxış etdik. Uşaqlara tapşırmışdıq ki, standart vəziyyətlərdə ehtiyatlı olsunlar. Çünki rəqibin ucaboy futbolçuları duran toplarda təhlükəlidirlər. Qolu məhz standart vəziyyətdən buraxdıq. İkinci hissədə zəif görünməyimizin səbəbi komandanın uduzmaq istəməməsi və ehtiyatlı oyunudur.
Qələbə qazansaydıq, turnir vəziyyətimizi yaxşılaşdıracaqdı, alınmadı. Bu nəticə futbolçuları növbəti turlara daha yaxşı kökləməlidir. Bu mövsüm böyük işlər görmüşük, amma hələ finişə çatmamışıq. "Kəpəz" Premyer Liqada qalmalı, Gəncədə böyük futbol olmalıdır".
Mirağa