Misli Premyer Liqasının 28-ci turunda “Zirə”yə məğlub olan "Şamaxı"nın məşqçisi Elnur Çodarov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 0:3 hesabı ilə uduzduqları matçla bağlı belə danışıb:
“Çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək, alınmadı. Hücumçumuz Maykl Tuik son anda özünü nasaz hiss etdi. Ona görə də, bu oyuna itki ilə gəldik. Birinci hissədə Vladislav Veremeyevin zədələnməsi, Leroy Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. İkinci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik, amma alınmadı. “Zirə”ni təbrik edirəm”.