"Mançester Siti"nin hücumçusu Erlinq Holand uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə nəhənginin mətbuat xidməti yayıb.
Norveçli ulduz İngiltərə kubokunun 1/4 finalında "Bornmut"la qarşılaşmada topuğ8undan ağır zədə alıb. Onun Premyer Liqanın qalan turlarında meydana çıxa bildirilir.
Erlinqin yalnız iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatında sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Erlinq Holand bu mövsüm bütün turnirlədə meydana çıxdığı 40 oyunda 30 qol vurub, 4 ötürmə verib.