Almaniyanın "Bayer Münhen" klubu sabiq futbolçusu Mario Qomesi rəhbər vəzifələrdən birinə dəvət edib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plattenberq məlumat yayıb.
Xəbərə görə, strateji əlaqələrni gücləndirmək niyyətində olan Münhen nəhənginin rəhbərliyi hazırda "Red Bull" sistemində üçüncü ən nüfuzlu şəxs sayılan, "Red Bull Soccer"-in texniki direktoru vəzifəsini tutan almaniyalını klubun direktoru postunda görmək istəyir.
Onun Avstriya şirkəti ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Bayern”in hətta keçmiş futbolçusuna gələcək planları ilə bağlı məlumat almaq üçün ötən ilin sonunda qeyri-rəsmi müraciət etdiyi bildirilir.
Xatırladaq ki, Mario Qomes “Bayern”in heyətində 174 oyun keçirib, 113 qol vurub və 26 məhsuldar ötürmə edib. O, Münhen komandası ilə Çempionlar Liqasının, iki dəfə Almaniya Bundesliqasının və ölkə kubokunun qalibi olub.
Mirağa