Londonun "Çelsi" klubu 200 milyon funt-sterlinq mənfəət əldə edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mənbənin məlumatına görə, klub bununla da Gəlirlilik və Davamlılıq Qaydaları ilə bağlı problemlərdən qaçdı.
Söhbət qadınlardan ibarət komandanın və bir neçə törəmə müəssisənin klubun özünə - "Blueco 22 Midco Ltd" şirkətinə satılmasından gedir. Qadınlardan ibarət komandanın dəyəri 150 milyon funt-sterlinq dəyərləndirilib.
Xatırladaq ki, Todd Beyli 2022-ci ilin yayından - klub İngiltərənin sanksiyaları səbəbindən Roman Abramoviç tərəfindən satışa çıxarıldıqdan sonra “Çelsi”nin sahibidir.
Mirağa