Hazırda Rumıniya millisini çalışdıran Donetsk "Şaxtyor"unun əfsanəsi Mirça Luçesku tezliklə Ukrayna futboluna qayıda bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Champion" yayıb.
Mənbənin məlumatına görə, Marino Pusiçin rəhbərliyi altında komandanın nəticələrindən və oyunundan narazı olan "şaxtaçılar"ın rəhbərliyi yeni məşqçi axtarışına başlayıb. Əsas namizəd məhz 79 yaşlı mütəxəssisdir. Onun cari mövsüm başa çatdıqdan sonra kluba rəhbərlik edəcəyi gözlənilir.
Ancaq "Şaxtyor" Ukrayna kubokunun 1/4 finalında "Oleksandriya"ya qalib gələ bilməsə, Luçeskunun dönüşü tez baş verə bilər. Potensial müqavilənin şərtlərini müzakirə etmək üçün bu gün, aprelin 1-də tərəflər arasında görüşün keçirilməsi planlaşdırılır. Rumıniyalı mütəxəssis özü də Donetsk klubuna qayıtmağa hazırdır.
Mirça Luçesku 2004-cü ilin may ayından 2018-ci ilin may ayına kimi "Şaxtyor"a başçılıq edib. Onun rəhbərliyi altında "şaxtaçılar" 8 dəfə Ukrayna Premyer Liqasının, 7 dəfə Superkubokun və 6 dəfə kubokunun qalibi olublar. Komanda həmçinin, UEFA Kubokunu da (indiki Avropa Liqası) qazanıb.
Mirağa