UEFA Gənclər Liqasının yarımfinal cütlərindən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Trabzonspor"un 19 yaşadək futbolçulardan ibarət komandası 1/4 final mərhələsində İtaliya “İnter”ini mübarizədən kənarlaşdırıb.
Türkiyə təmsilçisi 1:0 hesabı qələbə sayəsində yarımfinala yüksəlib. “Trabzonspor” Türkiyə futbol tarixində belə uğura imza atan ilk komanda olub.
Trabzonluların yarımfinaldakı rəqibi “Olimpiakos"u eyni hesabla üstələyən “Zaltsburq” olacaq.
Digər yarımfinal cütünə sabah - 2 apreldə aydınlıq gələcək. "Alkmaar" "Mançester Siti", "Ştutqart" isə "Barselona" ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.
Yarımfinal oyunları İsveçrədə baş tutacaq.