“İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Los-Anceles"lə qarşılaşan mayamililər 0:1 hesabı ilə uduzublar.
“İnter Mayami”nin əsas ulduzlarının hamısının - Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın iştirak etdiyi matçda yeganə qolu rəqibin salvadorlu oyunşusu Natan Ordaz vurub.
Qeyd edək ki, cavab oyunu aprelin 10-da baş tutacaq.