Bilbao "Atletik"inin və İspaniya millisinin qapıçısı Unay Simon yayda klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, təcrübəli qolkiper karyerasını La Liqanın aparıcı klublarından birində davam etdirməyə yaxındır. 27 yaşlı qolkiperin xidmətində "Atletiko Madrid" maraqlıdır. Paytaxt klubu Simonu bu yaxınlarda 32 yaşı tamam olan sloveniyalı Yan Oblakın əvəzləyicisi kimi nəzərdən keçirir.
Unay 2018-ci ilin yayından Bilbao komandasında çıxış edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2029-cu ilin iyunun sonuna qədərdir. "Transfermarkt" ispaniyalının dəyərini 28 milyon avro qiymətləndirirlər.
Mirağa