"Qızıl top"un üçqat qalibi Makro van Basten əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanı Lionel Messi ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Give me Sport" niderland mütəxəssisin fikirlərini belə çatdırıb:
"Lionel Messi böyük oyunçudur, lakin Dieqo Maradona həmişə komandada şəxsiyyət olub. Maradonadan fərqli olaraq, Messi komandanı müharibəyə aparacaq səviyyədə lider deyil".
Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. 1986-cı il dünya çempiounun qalibinin ölüm səbəbi ürək tutması göstərilib. Maradonanın ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.
Mirağa