"Real Madrid"in sağ cinah müdafiəçisi Lukas Vaskes Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"na yaxınlığı ilə tanınan "Bernabeu Digital" yayıb.
Mənbənin məlumatına görə, “Əl-Kadisiya” Vaskesə iki illik müqavilə təklif edib. Ulduz futbolçu razılaşsa, iki il ərzində ümumilikdə 15 milyon avro qazanacaq. 33 yaşlı ispaniyalı cavab verməyə tələsmir.
Bununla belə, "Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold yayda azad agent kimi "Real Madrid"ə qoşulacaq və bu, Vaskesin az oyun şansı qazanacağı anlamına gəlir. Odur ki, bu məqam Lukası klubunu dəyişməyə sövq edə bilər.
Müdafiəçinin "Real Madrid"lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatdığı üçün o, "Əl-Kadisiya"ya azad agent kimi keçə biləcək.
Bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 40 matça çıxan Vaskes 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa