UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
"Barselona" evdə son finalçı olan Dortmund "Borussiya"sını darmadağın edib. PSJ isə Parisdə "Aston Villa" üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinə 15-16 apreldə yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) 3:1
Qollar: Due, 39. Kvaratsxeliya, 49. Mendeş, 90+2 – Rocers, 35
“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 4:0
Qollar: Rafinya, 25. Levandovski, 48; 66. Yamal, 77.