Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” növbəti oyununa çıxıb.
Sözügedən komanda "Ərzurumspor"un qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Start heyətində yer alan Diniyev 90 dəqiqə meydadan olub.
“Çorum” hazırda 48 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Ancaq 5 komanda eyni xalla 7-11-ci yerləri bölüşürlər. Sona 5 tur qalıb və 7-ci yer Super Liqaya üçün pley-offa vəsiqə qazandıracaq.