“Mançester Siti” yayda yeni müdafiəçi almağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" "Tottenhem"in arxa xətt oyunçusu Destini Udojini heyətinə qatmağa çalışır.
Məlumatı tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabı üzərindən yayıb.
Heyətdə əsaslı dəyişiklik etmək niyyətində olan "Mançester Siti" həmçinin, "Yuventus"un müdafiəçisi Andrea Kambyassonun da xidmətində maraqlıdır.
Qeyd edək ki, 22 yaşlı Udoji “Tottenhem”lə yanaşı, İtaliyanın “Verona” və “Udineze” komandalarında da çıxış edib.
Mirağa