"Bayern Münhen"in hücumçusu Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "SporX" yayıb.
Mənbənin məlumatına görə, alman forvard "Fənərbağça"nın maraq dairəsinə düşüb. İstanbul klubunun baş məşqçisi Joze Mourinyunun Mülleri israrla sərəncamında görmək istədiyi bildirilir.
Məlum olduğu kimi, Müller bu mövsümün sonunda klubunu dəyişmək istəyir və artıq Münhen nəhəngi onunla müqavilə yeniləməyəcəyini açıqlayıb.
Müller son Çempionlar Liqası matçında "İnter"ə qol vurub, lakin "Bayern" matçdan 1:2 hesabı ilə məğlub ayrılıb.
Ulduz forvard bu mövsüm 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa