Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, "İnter" klubu kanadalı forvardla danışıqlara başlayıb. İtaliya nəhənginin təmsilçiləri ilə Davidin agentləri arasında görüş ötən çərşənbə, aprelin 2-də İtaliya kubokunun “Milan”la oyunundan (1:1) sonra baş tutub. İtaliya çempionu futbolçuya vergi çıxıldıqdan sonra ildə 5 milyon avro "təmiz" maaşla 5 illik müqavilə təklif edib.
"İnter" Davidi azad agent kimi əldə etməyə çalışır. Kanada millisinin oyunçusu "Lill" ilə müqaviləsinin müddətini yeniləməkdən imtina edir. Hazırkı müqavilə cari mövsümün sonuna qədərdir.
25 yaşlı Devid bu mövsüm "Lill"in heyətində 43 oyunda 23 qol vurub və 10 məhsuldar ötürmə edib. Forvardın transfer dəyəri 45 milyon avro qiymətləndirilir.
Mirağa