"İnter"lə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bayern Münhen"in qapısını kimin qoruyacağına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Manuel Noyer yenə komandasına kömək edə bilməyəcək.
Bu barədə "Sky Sports" məlumat yayıb. Xəbərə görə, 39 yaşlı almaniyalının zədəsi tam sağalmayıb. Baxmayaraq ki, klub 10 gün əvvəl Noyerin toplu çalışmalara başladığını açıqlamışdı. Ancaq ilk oyunda olduğu kimi, "çərçivə"də Yonas Urbiq dayanacaq. Bu, yanvarda transfer olunan 21 yaşlı qolkiperin "Bayern" forması ilə çıxacağı 9-cu matç olacaq olacaq.
Noyerə gəlincə, o, fərdi proqram üzrə bərpasını davam etdirir. Onun aprelin 26-da “Maynts”la oyuna hazır olacağı bildirilir. Buna görə Manuel çox güman, bu həftəsonu (19 aprel) "Heydenhaym"la oyunu da buraxacaq.
Çempionlar Liqasının 1/4 final mərhələsinin " İnter" - "Bayern" matçı çərşənbə günü, aprelin 16-da Milanda - "Cüzeppe Meazza"da keçiriləcək.
Mirağa