Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi 17 yaşadək futbolçular arasında Asiya Kubokunun 1/4 final oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, yarımfinal uğrunda gərgin oyunda Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri komandaları üz-üzə gəliblər.
Qarşılaşma 3:1 hesabı ilə Özbəkistanın xeyrinə başa çatıb.
Beləliklə, Özbəkistan yığması Asiya Kubokunun yarımfinalına yüksəlib, BƏƏ isə turnirdəki çıxışını başa vurub.
Özbəkistanla yanaşı, yaponiyalı həmyaşıdlarına qalib gələn turnirin təşkilatçısı Səudiyyə Ərəbistanı da yarımfinala yüksəlib. Digər iki yarımfinalçı bu gün - aprelin 14-də bəlli olacaq.