UEFA Çempionlar Liqasında "Arsenal"a böyükhesablı (0:3) məğlubiyyət "Real Madrid"in düşərgəsində atmosferi korlayıb.
Fanat.Az xəbər verir ki, komandanın ötən cümə günü baş tutan məşqində iki futbolçu - Cud Bellingemlə Antonio Rudiger arasında əlbəyaxa dava olub.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, insident müdafiəçinin zəif ötürməsinə yarımmüdafiəçinin irad bildirməsindən sonra yaranıb. Bellingem Rudigeri təhqir edib ki, bu da davaya səbəb olub. Onları komanda yoldaşları çətinliklə də olsa, ayıra biliblər və münaqişə yoluna qoyulub.
Qeyd edək ki, "Real Madrid" La Liqanın 31-ci turu çərçivəsində bazar günü səfərdə "Alaves"lə (1:0) qarşılaşıb ki, həm Bellinhem, həm də Rüdiger matçın iştirakçısı olub.
Mirağa