Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündəki iki görüş Almaniya və İngiltərədə baş tutub.
“Barselona” evdə darmadağın etdiyi (4:0) Dortmund “Borussiya”sının qonağı olub. Meydan sahibləri 3:1 hesablı qələbə qazansalar da, yarımfinala "blauqrana" yüksəlib.
Parisdəki dueldə inamlı qələbəyə sevinən (3:1) PSJ isə Birmingemdə “Aston Villa”ya 2:3 hesabı ilə yenilərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) 3:1
Qollar: Girassi, 11-pen; 49; 76 – Bensebaini, 54-öz qapısına.
İlk oyun – 0:4.
“Aston Villa” (İngiltərə) – PSJ (Fransa) 3:2
Qollar: Tilemans, 34. Makgin, 55. Konsa, 58 – Hakimi, 11. Mendeş, 27.
İlk oyun – 1:3.